Fev 21, 2022 14:05 Asia/Baku
  • Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkə ordusunun Xocalı və Xocavənd rayonlarındakı mövqelərinin qondarma dağlıq qarabağ respublikası hərbi dəstələri tərəfindən hədəfə alınmasından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası MN-nin rəsmi internet saytı bildirir ki, Azərbaycan Ordusunun Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 20-si saat 20:50-də və Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri isə fevralın 21-i saat 01:15-də Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən atıcı silahlardan atəşə tutulub.
Qeyd edək ki, 44 günlük müharibədən sonra 10 noyabr üçtərəfli bəyanatda Qarabağ Rusiya sülhməramlılaırnın nəzarətinə verildi və qondarma dağlıq qarabağ respublikası isə olduğu kimi öz fəaliyyətini davam etdirməkdədir.

Rusiya Sülhməramlıları bu rejimlə yerli hakimiyyət kimi əməkdaşlıq edir.

Qondarma rejimin strukturları tamamiylə işlək vəziyyətdədir.

Qondarma rejimin Azərbaycan ordusuna qarşı hücumlarına baxmayaraq hərhansı cavab atəşi Rusiyanın reaksiyası ilə üzləşə bilər.

Teqlər