Fev 22, 2022 11:16 Asia/Baku
  • Separatçılar

Qarabağ erməniləri Putinin Ukraynanı parçalamsından məmnun qalıblar, onlar Rusiyaya xüsusi ümid bəsləyirlər.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidenti V.Putinin Ukraynanın suverenliyini birbaşa pozaraq bu dövlətin hüquqi ərazisindəki qondarma  “DXR” və “LXR”-i tanıması Xankəndi və İrəvandakı revanşist və separatçı erməniləri həddən artıq ruhlandırıb. Onlar tezliklə Kreml tərəfindən Qarabağdakı separatçı rejim barədə də belə bir addımın atılacağına ümidləniblər..

Bununla əlaqədar erməni separatçılarının rəhbəri Arayik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinin qondarma "Donetsk və Luqansk Xalq Respublikalarının" müstəqilliyinin tanınması ilə bağlı qərarını alqışlayıb.

Arutyunyan bu barədə öz feysbuk hesabında yazıb: “Xalqların öz müqəddəratını təyin etmək və öz dövlətini qurmaq hüququ hər bir xalq üçün ayrılmazdır və beynəlxalq hüququn fundamental prinsipidir”.

Erməni mediasında yayılmış məlumata görə, qondarma rejimin qanunsuz "qanunverici orqanı"nın  "Ədalət" fraksiyasından David Qalstyan da öz "Facebook" səhifəsində yazıb: “Putin Artsaxın müstəqilliyini niyə tanımalı olduğunu ən yaxşı şəkildə izah edib. Onun son çıxışında "Ukrayna və Donetsk" sözlərini Azərbaycan və "Artsax" sözləri ilə əvəz etsək, hər şeyin üst-üstə düşdüyünü görərik. Ona görə də düşünürəm ki, bu, bizim üçün yeni bir şansdır. Biz də belə bir qanun layihəsinin təşəbbüskarı olmalıyıq” –deyə separatçı deputat bildirib.

Azərbaycan mediası yazır ki, işğaldan sonrakı dövrdə 2020-ci ilədək kim ağlına gətirərdi ki, nə vaxtsa Azərbaycan torpaqlarının xeyli hissəsi azad ediləcək və bundan yararlanan Rusiya “sülhməramlı” adı altında öz ordusunu bu ölkə ərazisinə yeridəcək... Nə yazıqlar ki, bu baş verdi və bundan sonra bu gedişlə Donbasda olduğu kimi, Qarabağda on minlərlə Rusiya vətəndaşı peyda ola bilər...

Teqlər