Azərbaycanlılar atəşə tutulub, üç nəfər ölüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i386348-azərbaycanlılar_atəşə_tutulub_üç_nəfər_ölüb
Odessa şəhərini tərk etmək istəyən azərbaycanlıların maşın karvanı atəşə tutulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2022 07:26 Asia/Baku
  • Azərbaycanlılar atəşə tutulub, üç nəfər ölüb

Odessa şəhərini tərk etmək istəyən azərbaycanlıların maşın karvanı atəşə tutulub.

SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gecə olub.

Məlumata görə, sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən azərbaycanlıların olduğu 8 avtomobildən ibarət maşın karvanı atəşə tutulub.

Maşın karvanının atəşə tutulması nəticəsində 3 Azərbaycan Respublikası vətəndaşı həlak olub.

Qeyd edək ki, Ukraynadakı azərbaycanlılar rəsmi Bakını vaxtlı-vaxtında azərbaycanlıların Ukraynadan təxliyə edilməsində səhlənkarlığa yol verməkdə ittiham edirlər.