İranla Azərbaycan arasında uçuşların sayı artır
https://azeri.sahartv.ir/news/azərbaycan-i386443-İranla_azərbaycan_arasında_uçuşların_sayı_artır
Azərbaycan və İran arasında mövcud olan birbaşa sərnişin aviareyslərinin sayı artırılır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2022 16:32 Asia/Baku
  • İranla Azərbaycan arasında uçuşların sayı artır

Azərbaycan və İran arasında mövcud olan birbaşa sərnişin aviareyslərinin sayı artırılır.

SəhərAzəri-nin məlumatına əsasən, , bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "Twitter" səhifəsində bildirib.

Səfir qeyd edib ki, martın 4-dən etibarən Azərbaycanla İran arasında uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək.

Hazırda həftədə bir uçuş yerinə yetirilir.