Erməni separatçılarına 2 milyon yardım
https://azeri.sahartv.ir/news/azərbaycan-i386824-erməni_separatçılarına_2_milyon_yardım
ABŞ Qarabağda Rusiyanın himayə etdiyi separatçılara 2 milyon dollar yardım ayırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 12, 2022 06:59 Asia/Baku
  • Erməni separatçılarına 2 milyon yardım

ABŞ Qarabağda Rusiyanın himayə etdiyi separatçılara 2 milyon dollar yardım ayırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Birləşmiş Ştatlar Ukraynada Rusiya ilə münaqişə şəraitində olsa da, Qarabağ ermənilərini unutmaq istəmir və o da Rusiya kimi separatçıların möhkəmlənməsində israrlıdır. Bu istiqamətdə ən yeni qərarı ilə separatçıların maliyyə ehtiyacını təmin etməkdə davam edir. 

Azərbaycanlı ekspert Asif Nərimanlı bu barədə bildirib ki, Donbasda, Dnestryanıda, Abxaziyada və dünyanın müxtəlif qaynar nöqtələrində üz-üzə gələn Rusiya və ABŞ “Qarabağ və ermənilər məsələsi”ndə ortaq mövqedən çıxış edirlər.

Onun sözlərinə görə, bu, nəticə çıxarılmalı məsələdir: “postsovet məkanında Vaşinqton və Moskvanın üz-üzə gəldiyi digər münaqişələrdən fərqli olaraq, ortaq mövqedən çıxış etdikləri Qarabağ məsələsi böyük ölçüdə həll edilən yeganə münaqişədir”.