Yenə də Qarabağdan atəş açıldı
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkənin ermənilərin yaşadığı ərazilərindən Azərbaycan ordusunun mövqelərinin atəşə tutulmasından xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən,Müdafiə Nazirliyinin rəsmi internet səhifəsinin verdiyi məlumata görə, martın 12-i saat 18:15-dən martın 13-ü saat 02:20-dək fasilələrlə Azərbaycan Ordusunun Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən atıcı silahlardan istifadə edilməklə atəşə tutulub.
Məlumatda separatçılara qarşı adekvat cavab tədbirləri görülduğu bildirilir.
Bəzi müşahidəçilər bildirirlər ki, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın neytral mövqeyi Moskvanı bərk hiddətləndirib, sərgilədiyi mövqeyə görə Bakıya cəza kəsmək niyyətini gizlədə bilmir. Mart ayının əvvəllərindən artıq demək olar ki, hər gün Azərbaycan ərazilərində baş verən erməni təxribatları bunu deməyə əsas verir.