Ermənistanın çağırışları nəticə vermədi
Azərbaycan Silahlı Qüvvələri Fərrux yüksəkliyində möhkəmlənib
Azərbaycan ordusu Əsgəran mahalında Fərrux yüksəkliyinə nəzarəti öz əlində saxlayır.
SəhərAzəri-nin Turana istinadən verdiyi məlumata görə, martın 25-i günorta saatlarında Qarabağın Fərrux kəndi və eyniadlı yüksəkliyi yaxınlığında döyüş olub. Nəticədə erməni tərəfinin 14 yaralı və 2 ölü olduğu bildirilir və ermənilər Azərbaycan hərbçilərini bu strateji yüksəklikdən sıxışdırıb çıxara bilmədilər. Rusiya sülhməramlıları da azərbaycanlıları geri çəkilməyə məcbur edə bilmədilər. Bu barədə cümə günü erməni mətbuatı məlumat yayıb.
Eyni mənbələr Azərbaycan tərəfinin erməni mövqelərinə pilotsuz təyyarələrlə hücum etdiyini iddia edir.
Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, hərbi ekspert Azad İsazadə Fərrux yüksəkliyinin əhəmiyyəti barədə deyib ki, bu, Qarabağın şərqindəki ən yüksək nöqtədir. 2020-ci ilin payızında Şuşa şəhərinin azad edilməsi ilə Azərbaycan ordusu Qarabağın cənub tərəfindən Xankəndi və ona bitişik ərazilər üzərində əməliyyat nəzarəti əldə edib. Fərrux yüksəkliyinin azad edilməsi isə Azərbaycana şərqdən Qarabağın geniş ərazilərinə nəzarəti ələ keçirməyə imkan verə bilər. Üstəlik, Fərruxun ələ keçirilməsi Azərbaycan ordusunu Xocalı şəhərinə yaxınlaşdırır”.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri bir gün əvvəl Fərrux kəndini və eyniadlı hündürlüyü tutaraq ora yol çəkməyə başlayıb. Azərbaycan hərbçilərinin Farrux kəndini atəş açmadan nəzarətə alması, Rusiya sülhməramlılarının isə baş verənlərə müdaxilə etmədiyi bildirilir.
Bu səbəbdən Rusiya Müdafiə Nazirliyi formal bəyanat yayaraq bildirib: "Dağlıq Qarabağda sülhməramlı əməliyyatların keçirildiyi zonada vəziyyətin gərginləşməsilə əlaqədar martın 25-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun telefon danışığı olub. Müdafiə idarələrinin rəhbərləri Dağlıq Qarabağda vəziyyətin sabitləşməsi və Zaqafqaziyada təhlükəsizliyin təmin edilməsi yollarını müzakirə ediblər."
Bəzi şəhlərə görə, Ukrayna müharibəsi ilə əlaqədar rəsmi Bakının mövqeyindən razı qalan Rusiya sözü gedən yüksəkliyin ələ keçirilməsinə göz yumub və sülhməramlılar müdaxilə etməyiblər.
Bu arada Birləşmiş Millət Təşkilatı son döyüş barədə Ermənistan və Azərbaycana çağırış edib.
BMT-nin məlumatında bildirilib ki, İrəvan və Bakı gərginliyə səbəb olan hərəkətlərdən, ritorikadan çəkinməlidirlər.