Apr 01, 2022 12:43 Asia/Baku
  • Azərbaycan rəhbərliyi praqmatik siyasət yürüdür - EKSKLÜZİV

Azərbaycan Sosialist Partiyasının sədri rəsmi Bakının Ukrayna müharibəsi ilə bağlı siyasətini dəstəklədi.

SəhərAzəri-nin məlumatına əsasən, Elşən Həsənov Səhır Kanalına verdiyi eksklüziv müsahibədə deyib: "Azərbaycan rəhbərliyi praqmatik siyasət yürüdür və bu məsələdə atacağı addımlarını Türkiyə tərəfi ilə razılaşdırılmış şəkildə atmış olur. Əgər Türkiyə tərəfinin Rusiyaya qarşı yönəlik addımlar atacağı məlum olarsa, o zaman, Azərbaycanın öz sözünü deyəcəyi hadisələrin inkişaf istiqamətindən asılı olacaq. Əlbəttə ki, burada Qarabağ konflikti fonunda da Rusiyanın mövqeyindən çox şey asılıdır. 

Partiya sədrinin sözlərinə görə, sanksiyala qoşulmayacağı təqdirdə isə Azərbaycanı elə də ciddi bir təhlükə gözləmir. Açıq və ya Rusiyanı qıcıqlandırmayacaq şəkildə onsuz da Azərbaycan Ukraynaya dəstək verərək yardım göstərir ki, bu da beynəlxalq ictimaiyyət tərəfindən normal qarşılanır.

Elşən Həsənov qeyd edib ki, Azərbaycan özünün Qarabağ məsələsi boyda hələ də həllini tapmayan münaqişənin fonunda Rusiya ilə açıq qarşıdurmaya getməz. 

Teqlər