Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon söhbəti baş tutub
https://azeri.sahartv.ir/news/azərbaycan-i387903-azərbaycan_və_ermənistan_xİn_başçıları_arasında_telefon_söhbəti_baş_tutub
Aprelin 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 11, 2022 15:57 Asia/Baku
  • Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon söhbəti baş tutub

Aprelin 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub.

Azərbaycan Respublikası XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, tərəflər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.