Şəhidlərin qazandırdığı qələbənin qeydolunma günü
Azərbaycan Respublikası prezidenti “Şəhadətsevər” ifadəsindən istifadə etməsə də bu amilin torpaqların işğaldan azad edilməsində ən əsas rol oynadığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, bu gün Şuşada keçirilən zəfər qurultayında çıxışı zamanı İlham əliyev deyib: “Biz sübut etmişik ki, ölümə getməyə hazırıq. Gənclərimiz ölümə gedirdilər, Vətən uğrunda bilərəkdən ölümə gedirdilər.”
Zəngin islam məarifi və əhli-beyt(ə) yoluna dərin inamdan irəli gələn vətən, namus və din uğrunda bilərəkdən ölümə getmək şəhadətsevərlik adlanır. Bu islam dinində ən yüksək məfthum və ən ulu məqamdır.
Şuşada keçirilən zəfər qurultayında çıxış edən Azərbaycan Respublikasının prezidenti dərin inanclı şəhadətsevər Azərbaycan igidlərinin sadəcə işğalçılarla deyil onların arxasında duran Minsk qrupunun həmsədr ölkələri və daha doğrusu qərb dövlətlərinə qalib gəldiklərinə eyham vurub:
“Otuz ilə yaxın davam edən danışıqlar, sadəcə olaraq, bu işğalı əbədiləşdirmək, Ermənistanın işğalçılıq siyasətini pərdələmək və bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”, - deyə İlham Əliyev vurğulayıb.
2-ci Qarabağ müharibəsində canlarını fəda edən azərbaycanlı igid əsgərlərin həyat tərzi və vəsiyyətnamələri göstərir ki, əhli-beytə(ə) dərin sevgi və islam məraiflərinə diqqət onları “Vətən uğrunda bilərəkdən ölümə getmə”-yə cəlb etmişdir.
Məhz buna görə şəhidlərin qazandırdığı qələbəni mübarək ramazan ayında İmam Əlinin(ə) şəhadəti günlərində bu günlərin fəzilətlərinə uyğun olmayan formada qeyd etmək şəhidlərin inanclarına zidd görünür.