Hikmət Hacıyev ilə Nikol Paşinyanın sözləri nəqədər üst-üstə düşür?
Hikmət Hacıyev Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımalı olduğunu vurğulayıb Paşinyan isə Qarabağın razılığı olmadan Azərbaycanla sülh müqaviləsini imzalamayacağını deyib.
SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müxbirlərə deyib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında əsas ana qayə dövlətlərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımasıdır.
Prezidentin köməkçisi həmçinin deyib ki, əgər Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və qəbul edirsə, bu əsnada biz dövlətlər arasında münasibətlərdə normallaşmaya nail ola bilərik:
"Düzdür, Ermənistanın bundan başqa çıxış yolu da yoxdur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır və üzərinə düşən beynəlxalq hüquqi öhdəliyi də bundan ibarətdir.”- deyə Hikmət Hacıyev bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan isə cümə günü hökumətin ilcasında etdiyi çıxışında ictimai müzakirələr, o cümlədən Dağlıq Qarabağ sakinlərilə müzakirələr olmadan Azərbaycanla sülh sazişinin imzalanmasını istisna edib.