Apr 27, 2022 14:25 Asia/Baku
  • Tehran-Bakı əlaqələri ən yüksək səviyyədədir

İranın Ərdəbil vilayətində səfərdə olan Azərbaycan Respublikasının Tehrandakı səfiri iki ölkə münasibətlərinin ən yüksək səviyyədə olduğunu bildirib.

Əli Əlizadə Mehr informasiya agentliyilə müsahibədə Ərdəbilə səfərdə məqsədini, İran və Azərbaycan Respublikasındakı iki sərhəd bölgəsinin əlaqələrinin genişləndirilməsi üzrə məşvərət istiqamətində Ərdəbilin imamcüməsi, valisi və yerli məsul şəxslərilə görüş adlandırıb.

Azərbaycan Respublikasının Tehrandakı səfiri iki ölkə əlaqələrinin genişləndirilməsi sahələrini müxtəlif, eyni zamanda, «misilsiz imkanlara malik» adlandırıb. Bildirib ki, İki ölkənin ən iri ortaq sərmayəsi, onların tarixi, sivilizasiyası və mədəniyyətidir və onun kənarında ortaq dil də əlaqə və anlaşmaların güclənməsinə təkan veribdir.

Əli Əlizadə həmçinin deyib: Ərdəbil vilayətinə səfərdə Şeyx Səfiyyədinin və Şah İsmayıl Səfəvinin məzarlarını ziyarət etməyin kənarında, bu diyarın tarixi-mədəni keçmişi ilə daha çox tanış olmağa çalışdıq.

Bu gün səhər İranın Astara sərhəd rayonuna səfər edən Azərbaycan Respublikasının Tehrandakı səfiri müştərək dəmiryolu körpüsündə və Astaraçay çayı üzərində sərhəd magistral körpüsünün inşa edildiyi məkanda olub.

Teqlər