Turan agentliyi səhvini boynuna aldı
Agentlik Rəisinin Azərbaycanla bağlı fikrini təhrif edibmiş
Turan Xəbər Agentliyi mayın 20-də İran İslam Respublikası prezidentinin Azərbaycanla bağlı dediklərini təhrif etdiyini boynuna alıb, lakin onun material müəllifinin şərhi olduğunu bildirir.
SəhərAzəri-nin məlumatına əsasən, mayın 20-də Turan "İran prezidenti Şahin Mustafayevə ağıl öyədir” başlıqlı məlumat dərc edib. Məlumat guya İRNA agentliyinin xəbərinə əsasən yazılıb. Halbuki xəbərdə deyilir:
“Hansısa bir amilin iki ölkənin səmimi əlaqələrinə zərər vurmasına icazə vermək olmaz. Regionda qonşu ölkələr arasında xüsusilə də İranla Azərbaycan arasında qarşılıqlı mənafe və konstruktiv münasibətlər əsasında olan əlaqələr var və bu əlaqələr regionda təhlükəsizliyin təmin edilməsində ən təsirli amildir”
Turan bu fikri sitat formasında deyil, öz qiymətləndirməsi kimi çatdırıb və yazıb:
“İran prezidentinin sözlərinə görə, Azərbaycanın təhlükəsizliyi digər dövlətlərdən daha çox İrandan asılıdır”.
Agentlik yazır: Bu cür təfsir İranın Bakıdakı səfirliyinin narazılığına səbəb olub və bildirib ki, İRNA-nın məlumatında belə cümlə yoxdur və biz İran prezidentinin dediklərini təhrif etmişik. Ancaq bu cümlə sitat deyil, material müəllifinin şərhidir.