İcra başçısının ofisində saxladığı pul arvadının babasının imiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmədə təqsirləndirilən şəxs öz ifadəsində barəsində irəli sürülən ittihamların əsassız olduğunu desə də dövlətə dəyən maddi ziyanı ödəməyə hazır olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən,keçmiş icra başçısı onun xidməti otağına baxış zamanı müsadirə edilən 2 504 057 ABŞ dolları və 1 006 470 avro, 365 ingilis funt sterlinq, 60 İsveçrə frankı, 455 türk lirəsi (ümumilikdə 6 298 834 manat) məbləğində pulun ona aid olmadığını deyib: “Həmin vəsaitlərin hamısı həyat yoldaşımın babasından miras qalmış pullar idi”, Vilyam deyib.
Sabiq icra başçı qanunsuz silah saxlamada ittiham olunduğu epizod üzrə də danışıb. O bildirib ki, həmin silahı illər öncə rəsmi sənədlə silah mağazasından alıb.
Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin edilib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirlərindən sonra o həbs edilib.
O vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, rüşvətxorluq və korrupsiyada ittiham edilib.