Azərbaycan prezidenti son nöqtəni qoydu
İlham Əliyev: Qarabağın statusundan söhbət belə gedə bilməz
Azərbaycan Respublikasının prezidenti bir daha bəyan edib ki, Qarabağa heç bir status verilməyəcək.
SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyev mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bunu bildirib.
O deyib: "Əgər biz sərhədləri müəyyən ediriksə, hansı dırnaqarası "Dağlıq Qarabağ" statusundan söhbət gedə bilər"?! Bu sözləri prezident
Dövlət başçısı qeyd edib ki, Ermənistan bundan boyun qaçırmağa can atırdı: "Çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir. Amma nəticə etibarilə biz buna da nail olduq və artıq Azərbaycan öz işçi qrupunu müəyyən edib. Daha bir vacib məsələ, Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına baxın, artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Bu reallığı hər kəs qəbul etməlidir və edir.
İlham Əliyev sonra deyib: "Biz bu məsələni həll etmişik, Ermənistan istəsə də, istəməsə də bunu bütün dünya qəbul edir. Biz Dağlıq Qarabağ münaqişəsini həll etmişik. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Qaldı ki, Dağlıq Qarabağ inzibati ərazisinə, bu ərazi Azərbaycan ərazisində yoxdur. Ona görə beynəlxalq qurumların leksikonunda Dağlıq Qarabağ sözü yoxdur və son Brüssel görüşü bunu bir daha göstərdi. Düzdür, Ermənistanda indi bu məsələ ilə bağlı yenə də hay-haray qaldırıblar amma bu reallıqla barışmağa məcburdurlar", deyə prezident bildirib.
Xatırladaq ki, Ermənistan rəsmiləri Qarabağ məsələsinin həll olunmadığını və bunun Minsk Qrupu çərçivəsində öz həllini tapmalı olduğunu israrla qeyd edirlər.
Zəngəzur dəhlizi məsələsinə gəlincə isə, Ermənistan Təhlükəsizlik Şurasının katibi bu ölkə ərazisində dəhliz məntiqi ilə yol və ya nəqliyyat marşrutunun olmayacağını bildirib.
Armen Qriqoryan “Armenpress” Xəbər Agentliyi ilə müsahibədə Azərbaycan prezidenti deyib: "Ermənistan Respublikasının mövqeləri dəyişməyib. Ermənistan ərazisində dəhliz məntiqi ilə yol və ya nəqliyyat marşrutu ola bilməz. Brüsseldə əldə olunan bütün razılaşmalar regional kommunikasiyaların açılmasına aiddir."