Medianın ifşaçılığı nəticə verdi Azərbaycanda İŞİD-ə dəstək verən şəxs saxlanıldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i389774-medianın_ifşaçılığı_nəticə_verdi_azərbaycanda_İŞİd_ə_dəstək_verən_şəxs_saxlanıldı
Sosial mediada İŞİD-ə dəstək nümayiş etdirəm azərbaycanlı saxlanılıb və haqqında araşdırma başladılıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyun 05, 2022 10:19 Asia/Baku
  • Azərbaycanda İŞİD-ə dəstək verən şəxs saxlanıldı
    Azərbaycanda İŞİD-ə dəstək verən şəxs saxlanıldı

Sosial mediada İŞİD-ə dəstək nümayiş etdirəm azərbaycanlı saxlanılıb və haqqında araşdırma başladılıb.

Abdullah əl Qusari ləqəbi ilə tanınan Qusar rayonunun sakini Abdullah Mustafayev İŞİD terror təşkilatına dəstək nümayiş etdirib. 
Onun Azərbaycandakı şiələrin başını kəsmək, həyat yoldaşlarını cariə etmək və mal-mülklərini zəbt etməklə bağlı çağırış etdiyi bildirilib. 
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib ki, həmin şəxs polisin keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
Abdullah Mustafayev haqqında araşdırma başladılıb.