Əkilən sahələrdə məhsul yetişməyib
https://azeri.sahartv.ir/news/azərbaycan-i390678-Əkilən_sahələrdə_məhsul_yetişməyib
Azərbaycanın şimal-qərb bölgəsində fermerlər bütün aqrotexniki qaydalara riayət etsələr də, su çatışmazlğı səbəbindən taxıl sahələri məhv olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2022 12:35 Asia/Baku
  • Əkilən sahələrdə məhsul yetişməyib

Azərbaycanın şimal-qərb bölgəsində fermerlər bütün aqrotexniki qaydalara riayət etsələr də, su çatışmazlğı səbəbindən taxıl sahələri məhv olub.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycanın bəzi bölgələrində buğdanın məhsuldarlığı xeyli aşağı düşüb. Qaxın Qaysarlı kəndindən olan fermerlər bildirirlər ki, bu il havaların təsərrüfat üçün əlverişsiz keçməsi məhsuldarlığı aşağı salıb. Kənd sakinlərinin sözlərinə görə minbir əziyyətlə becərdikləri taxıl sahəsində məhsul yetişməyib.

"1,3 hektar yerim var. Buğda əkmişəm. Kiloqramı 1 manat 5 qəpikdən toxum almışdım, bütün aqrotexniki qaydalara da riayət eləmişəm. Məhsuldarlıq isə yoxdur, qapqara torpaqdır", - deyə kənd sakinlərindən biri qeyd edib.