İyul 08, 2022 17:06 Asia/Baku
  •  “Televiziyalarda ailəsi olmayan ailədən, tərbiyəsi olmayan tərbiyədən danışır.”

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü keçmiş təhsil naziri Misir Mərdanov televiziyaları tənqid edib.

SəhərAzəri-nin məlumatına əsasən, Mərdanov, ağsaqqallar və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunda çıxış edərkən Azərbaycan Respublikasında telekanalların durumunu kəskin qınayıb: “Televiziyalarda ailəsi olmayan ailədən, tərbiyəsi olmayan tərbiyədən danışır”,- deyə keçmiş nazir bildirib.

Misir Mərdanov telekanalların milli-mənəvi dəyərlərə diqqət yetirilməli olduqlarını vurğulayıb: "Bu hallara son qoyulmalıdır. Televiziyalara ağsaqqallar, ağbirçəklər dəvət olunmalıdır. Onlar milli-mənəvi dəyərlərimizi gənclərimizə aşılamalıdır. Bu məsələlər diqqətdə saxlanılmalıdır", - M.Mərdanov bildirib.

Teqlər