Sərhədçilər narkotik daşıyırmışlar
https://azeri.sahartv.ir/news/azərbaycan-i391412-sərhədçilər_narkotik_daşıyırmışlar
Dörd sərhədçinin narkokuryer olduğu müəyyən edilib. Bu, Dövlət Sərhəd Xidmətinin 22 iyul tarixli məlumatından aydın olur.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 22, 2022 09:49 Asia/Baku
  • Sərhədçilər narkotik daşıyırmışlar

Dörd sərhədçinin narkokuryer olduğu müəyyən edilib. Bu, Dövlət Sərhəd Xidmətinin 22 iyul tarixli məlumatından aydın olur.

SəhərAzəri-nin məlumatına əsasən,İdarə bildirib ki, iyul ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının "Horadiz" sər­həd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə giz­lədilmiş 4 bağlama aşkar olunub.

Saat 20:00 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən 4 nəfər şəxs sərhəd naryadları tərəfindən saxlanılıb.

Tutulmuş şəxslərin "işğaldan azad olunmuş sərhədyanı ərazi­lərin minalardan təmizlənilməsi tap­şı­rığını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin müd­dət­dən artıq hərbi qulluqçuları olduqları" müəyyən edil­ib.

Hadisə yerində götürülmüş bağlamalarda ümumi çəkisi 95 kq olan narkotik aşkar edilib .