İyul 29, 2022 14:10 Asia/Baku
  • Qarabağda minatəmizləmə işinə 2 milyon dollar yardım ayrılıb

ABŞ Senatın Təxsisatlar Komitəsi 2023-cü il qanun layihəsində minatəmizləmə yardımı ilə əlaqədar erməni separatçılarına ayrılan 2 milyon dollarlıq yardımı təsdiqləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Amerika Birləşmiş Ştatları Senatının Təxsisatlar Komitəsi bu gün Azadlığa Dəstək Aktının 907-ci maddəsini bir daha təsdiqləyən və köçkün ermənilərə yardım üçün humanitar yardımla yanaşı, Qarabağda minatəmizləmə işi üçün yardımın ayrılmasını rəsmən təsdiqləyib.

Bildirilir ki, komitə öz hesabatında Qarabağ münaqişəsində döyüşlərdən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətləri üçün yardım barədə təklifi yekdilliklə dəstəkləyib.

Keçən ay Nümayəndələr Palatası qanun layihəsinin Ermənistana 60 milyon dollar və Qarabağda minatəmizləmə fəaliyyəti üçün 2 milyon dollar yardım tələb edən qanun layihəsini qəbul etmişdir.

Teqlər