Avq 31, 2022 21:12 Asia/Baku
  • Brüssel görüşünün bəyanatı yayıldı

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Belçika paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, görüşün sonunda Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel İlham Əliyev və Nikol Paşinyanla görüşün yekunlarına dair bəyanatla çıxış edib. Bəyanatda qeyd olunan əsas məqamlar bunlardır:

▪️Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəlinib.

▪️İki ölkənin xarici işlər nazirlərinə mətn layihələrinin hazırlanması üçün bir ay ərzində görüşmək tapşırılıb.

▪️Humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, saxlanılanların və itkin düşmüş şəxslərin taleyi müzakirə edilib

▪️Sərhədin delimitasiyası ilə bağlı bütün məqamlar nəzərdən keçirilib.

▪️ Sərhədin delimitasiyası komissiyalarının növbəti iclasının noyabr ayında Brüsseldə keçirilməsi barədə razılığa gəlinib.

Mişel sonra deyib: “Biz nəqliyyat əlaqələrinin blokdan çıxarılması üsulları ilə bağlı müzakirələrin proqresini nəzərdən keçirdik. Bütün bu müzakirələrlə yanaşı vurğulamaq istərdim ki, hər iki tərəfin xalqların əlaqəsi və onları uzunmüddətli davamlı sülhə hazırlamaq vacibdir”.

Onun sözlərinə görə, Avropa İttifaqı uzunmüddətli davamlı sülhə doğru dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək.

Qeyd edək ki, liderlər noyabrın sonuna qədər bu formatda yenidən görüşməyə razılaşıblar.

Teqlər