Sen 06, 2022 11:28 Asia/Baku
  • “Ermənilərin Qarabağı saxlaması üçün hər şeyi edəcəyəm” 

Laçın dəhlizi ilə Azərbaycanın erməni separatçılarının nəzarətində olan ərazilərinə gələn Rusiyalı milyarder Ruben Vardanyan gəlişinin səbəblərini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən,Erməni iş adamı Ruben Vardanyan Forbes-ə müsahibəsində Qarabağda vəzifə almaq üçün Ermənistan qanunlarına istinad edib: “Dövlət vəzifəsini tutmaq üçün ölkədə bir müddət yaşamalı və bu müddət ərzində başqa vətəndaşlığınız olmamalıdır"- deyə Qarabağa gəlişinin məqsədinə eyham vurub.

 Artsaxda əsas vəzifəniz kimi nələri görürsünüz? Sualına Vardanyan belə cavab verib:

 “Qarabağda ölkənin və regionun təhlükəsizliyini gücləndirəcək güclü iqtisadiyyata və sosial institutlara malik uğurlu cəmiyyətin qurulması üçün şəraitin yaradılması. Və bu mənada mənim əsas funksiyam öz təcrübəmdən (həm idarəçilik, həm də maliyyə) və əlaqələrimdən, o cümlədən danışıqlar aparmağı bilən bir insan kimi imkanlarımdan istifadə etməkdir ki, son dərəcə çətin vəziyyət şəraitində dərin uzunmüddətli münaqişə nəticəsində minlərlə ildir ermənilərin Qarabağda yaşadığı torpaqlarını saxlaması üçün hər şeyi edim. 

Vardanyan qonşularla münasibətlər qurmağın çətin yoluna başlamağa çalışacağını da deyib. “Mən həmişə birləşməsi mümkün olmayan şeyləri birləşdirən insan olmuşam”,- deyə erməni milyarder bildirib.  

Bu arada bəzi erməni mənbələri Ruben Vardanyanın arvadının yəhudi olduğunu da bildirib...  

2011-ci ildən R.Vardanyan "Forbes" -ə görə Rusiyanın ən varlı adamları reytinqinə daxildir, 2020-ci ildə onun sərvəti 950 milyon ABŞ dolları dəyərində qiymətləndirilib.

Hələlik  rəsmi Bakı Rusiya və Ermənistan vətəndaşı olan erməni milyarderin Azərbaycan ərazilərinə  qanunsuz səfərimə, oradakı təxribatçı planlarını da bəyan etməsinə heç bir münasibət bildirməyib.

Teqlər