Qarabağdakı Türkiyə şirkətlərində işləyən fəhlələr üsyan həddindədir
Qarabağdakı Türkiyə inşaat şirkətlərində işləyən azərbaycanlı fəhlələr türklərin onlara qarşı zülmündən son dərəcə narazıdırlar.
SəhərAzəri- "Azad Söz" kanalının məlumatına görə, iqtisadçı ekspert və Azərbaycan Demokratiya və Rifah Təşkilatının sədri Qubad İbadoğlu deyib: "Son vaxtlar Əhmədbəyli-Horadiz- Mincivan-Ağ bənd yolunun tikintisinin podratçısı olan "Kaliyon" şirkətinin çox sayda işçisindən bu şirkətin azərbaycanlı işçilərə qarşı haqsızlıqları ilə bağlı mənə müxtəlif vasitələrlə, e-maile, Facebook, telefon və mesencerlərlə xeyli sayda müraciət daxil olub.
Onların arasında qazilər də olan işçilər əmək qanunvericiliyini kobud şəkildə pozan şirkətdən kütləvi şəkildə və fərdi qaydada Dövlət Əmək Müfəttişliyi Xidmətinə və məhkəməyə şikayət etsələr də, hələ ki, ortada real nəticə yoxdur. Əksinə, hər iki qurum narazılıqları araşdırmaq və ədalətli qərar qəbul əvəzinə baş verənlər ört-basdır etmək, cəmiyyətdən qizli saxlamaq yolunu tutub.
Qubad İbadoğlu "Kalyon" şirkətindən olan narazılıqları ümumiləşdirərək, təqdim edib və bu biabırçılığa son qoymaq üçün müvafiq dövlət qurumlarından təcili tədbirlər görməyi tələb edib.
Türkiyənin "Kalyon" şirkətinin Qarabağın tikinti layihələrində yol verdiyi qanun pozuntuları arasında aşağıdakılar var:
1-Bəzi işçilər əmək müqaviləsi olmadan işlədilir.
2-Bəzi işçilərin həftəlik iş vaxtı norması qanunvericiliklə müəyyən olunmuş normadan artıq müəyyən olunur.
3-İşçilər hər iş günü iş vaxtından artıq işlədilir və buna görə onlara əlavə ödəniş edilmir.
4-Azərbaycanlı işçilər Türkiyəli işçilərdən bir neçə dəfə aşağı əmək haqqı alırlar. Azərbaycanlı işçilərın maaşı adətən 800-900 manat arası müəyyənləşdirilir, türkiyəli işçilər isə 5000-6000 manat arası əmək haqqı alırlar. Yüksək əmək haqqı rəhbərlikdə çalışanlara və ağır texnika işlədənlərə verilir ki, onların arasında azərbaycanlılar, demək olar ki, yoxdur. Ağır texnika ilə işləməyi bacaran azərbaycanlıları bu işə qəbul etmirlər. Bu, artıq işçilər arasında ayrı-seçkilik edilməsidir.
5-İşçilərin əmək haqları gecikdirilir.
6-Nahar fasiləsində işçilərə verilən yeməklər çox keyfiyyətsizdir. Bəzi məlumatlara görə, yeməklərin təchizatı Azal-ın nəzarətində olan "Katring" şirkəti tərəfindən həyata keçirilir.
7-İşçilərin gecələdikləri və istirahət etdikləri yerlər, kamplar ən adi normalara cavab vermir. İş yerlərinin sağlam sanitariya-gigiyena şəraiti təmin olunmur.
Qubad İbadoğlu sonda onu da qeyd edib ki, azərbaycanlı işçilərə münasibətdə əmək qanunvericiliyinin pozulması halları "Kalyon"un icra etdiyi Horadiz-Ağbənd yollarının tikintisi zamanı baş verib və hazırda da dava edir.
Son iki ildə Qarabağda tikinti layihələrinin həyata keçirilməsində türk şirkətləri tərəfindən azərbaycanlı işçilərin hüquqlarının kobud şəkildə pozulması elə bir haldadır ki, Türkiyəni maliyyə iflasından xilas edib və bu yaxınlarda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan NATO-nun "Zəngzor dəhlizi" kimi tanınan Turan dəhlizi layihəsi çərçivəsində Zəngilan Hava Limanının açılış mərasimində bu qanunsuz türk şirkətlərdən təşəkkür ediblər.