Okt 25, 2022 11:36 Asia/Baku
  • Anti-İran təbliğatı rəsmi dövlət siyasətinə çevrilir? - TƏHLİL

Azərbaycan Respublikasının prezidenti yenidən Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların - necə deyərlər - başçısı olduğunu iddia edib!

SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyev bununla bağlı deyib: "Biz Türk Dövlətləri Təşkilatında Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların təhlükəsizliyi, hüquqları və milli kimliyini müzakirə etməliyik".

Azərtac-ın məlumatına görə, Əliyev Türk Dövlətləri Təşkilatının baş katibi Bağdat Amreyevlə görüşü zamanı bu fikirləri dilə gətirib.

“Dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik: “Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”, deyə ölkə başçısı qeyd edib.

Prezidentin bu açıqlamasının ardınca ifrat düşüncəli siyasətçilər və hakimiyyət tərəfindən idarə olunan medialar İran İslam Respublikasına qarşı zəhərli qara-piar kampaniyasına qoşularaq siyasi nəzakətdən nə dərəcə uzaq olduqlarını nümayiş etdiriblər.

Görünür Qarabağ uğrunda gedən 44 günlük müharibədən sonra bəzi siyasətçilər hədlərini aşaraq Azərbaycanın mənafeyinə uyğun gəlməyən və qonşular arasında etimadsızlığa rəvac verən məsuliyyətsiz bəyanatları ilə regionda əməkdaşlıq ruhuna zərbə vurmaq yolunu tutmuşlar.

Bu istiqamətdə aprel ayı Şuşada keçirilən tədbirdə bəzi ünsürlərin qonaq adı altında İranın ərazi bütövlüyünə qarşı cəfəng fikirlər səsləndirmələri təbii ki, rəsmi Tehranın diqqətindən kənarda qala bilməzdi. Təəssüflər olsun ki, Azərbaycanın dövlət başçısı bu yanlış siyasətə birbaşa rəhbərlik edir və Azərbaycanın şiə xalqında anti-İran ovqatı yaradır.

Əlbəttə bunun müxtəlif səbəbləri var və hazırda göz qabağında olan əsas səbəblərdən biri odur ki, İran Ermənistanın “Sünik” rayonunda “Zəngəzur Dəhlizi”nin yaradılması planı əsasında qonşu ölkənin ərazi bütövlüyünün pozulmasına imkan verməyəcəyini açıq şəkildə Əliyevin diqqətinə çatdırıb və bu səbəbdən o xəyali dünya azərbaycanlıları kartı ilə oynamaq qərarına gəlib və bu yolla İranın mövqeyindən narazılığını göstərmək istəyir.

Əslində Azərbaycan prezidentinin borcu regionda sionist rejimlə yaratdığı ittifaqı dayandırmaq və İranın son 30 ildəki müsbət və dəstəkləyici siyasətlərinə qarşılıqlı verməkdir. Bu baxımdan, son anti-İran hərəkəti heç bir effekt verməyəcək və o qətiyyənn İranın qırmızı xəttini aşa bilməyəcəkdir. 

Teqlər