Okt 31, 2022 23:25 Asia/Baku
  • Əliyev soçidən əliboş qayıtdı

Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunları ilə bağlı qəbul olunan bəyanat dərc edilib. Qarabağdan və Zəngəzur dəhlizidən bir kəlmə də yoxdur. Görünən odur ki, ailə rejiminin başçısı İlham Əliyev Soçidən əliboş qayıtması xalqda məyusluq yaradıb.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasında ailə rejiminin başında duran İlham Əliyev, Söçi üçtərəfli görüşündən heç nə əldə edə bilmədi və onun əliboş qayıtması xalq arasında həqiqətən də məyusluq və hiddət yaratdı. Bəlkə də ömürlük prezidentliyə hazırlanan, Əliyev oğlu Əliyevə ağır başa gələcək.

Rusiyanın Soçi şəhərində  oktyabrın 31 də keçirilən üç tərəfli görüşdə, Azərbaycan Respublikasının ailə rejiminin başçısı, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunları ilə bağlı qəbul olunan bəyanatda İlham Əliyevin şəxsi ambisiyaları əsasında ortaya atılan Zəngəzur dəhlizi adında heç nə yoxdur. Əliyevin Vladimir Putinə təşəbbüskarlığa görə dönə dönə təşəkkür etməsi də ona heç nə qazandırmadı. Belə çıxır ki, 10 noyabr bəyanatından tranzit xətlərinin bərpasını, Əliyev tərəfindən Zəngəzur dəhlizi kimi təhlil etmək, Putini də qəzəbləndirib, Üstəgəl Praqa görüşü və qərblilərin Zəngəzura ayaq açması da vəziyyəti daha da qəlizləşdirib. Bu isə bəlkə ruslar tərəfindən bağışlanmayacaq. 

Görünür Əliyevin daha əvvəl söylədiyi "cəhənnəmə getdi status, gorbagor oldu status, Qarabağ münaqişəsi yoxdur, həll olundu, Zəngəzuru zorlada olasun belə əldə edəcəyik- kimi ifadələri daxili auditoriyaya yönəlmiş piar imiş. İndi bir pafoslu çıxışlar qaldı bir də Xankəndinin ermənilərdə qalması və sülhməramlıların bəlkədə 15 il Azərbaycanın inzibatı ərazilərində yer alması. Hansı ki, İranın ali rəhbərliyi Qarabağın Azərbaycana tam qaytarılmasına təkid etmişdir. 

Bəyanatda belə deyilir:

“Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi maraqları naminə yuxarıda bundan əvvəlki sazişlərə ciddi əməl etməyə sadiq olduğumuz təsdiq etdik.

Biz humanitar məsələlər bloku da daxil olmaqla, qalan vəzifələrin təcili həllinə yönəlmiş əlavə səylər göstərməyə razılaşdıq”.

Bəyanatda Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə əsas töhfəsi qeyd edilib, onun regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində səylərinin aktuallığı vurğulanır.

“Biz güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri yalnız BMT Nizamnaməsinə və 1991-ci ilin Alma-Ata bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etməyə razılaşdıq.

Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına aktiv hazırlığın vacibliyini vurğuladıq. Mövcud işlənilmələr əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsi razılaşdırılıb. Rusiya Federasiyası buna hər cür kömək göstərəcək".

Azərbaycan Respublikası və Ermənistan Respublikasının liderləri Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sabitliyin və rifahın təmin edilməsinə bundan sonra da hər cür töhfə verməyə hazır olduğunu alqışladılar”.

 

 

Teqlər