Qondarma “DQR” parlamenti bəyanat yaydı:
“Artsax heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb və olmayacaq”
Qarabağdakı erməni separatçıları daha aqressiv mövqeyə keçiblər, Azərbaycana qoşulmayacaqlarını deyirlər.
SəhərAzəri-nin məlumatına əsasən, bəyanatda rəsmi Bakının təhdidləri qulaq ardına vurularaq deyilir:
“Artsax Respublikasının parlamenti Artsax xalqının kollektiv iradəsini ifadə edir. Artsax heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb və olmayacaq da. Və bu ideya Azərbaycan- Qarabağ münaqişəsinin həllinin əsasını təşkil edir.”
Rusiyaya tabe olduqlarını nümayiş etdirən erməni separatçıları Paşinyan hökumətinin də bostanına daş atmağı unutmayıblar. “Ermənistanın heç bir orqanının Artsax xalqının təhlükəsizliyini təmin etmək adı altında suveren Artsax Respublikasının maraqlarını nəzərdə tutmayan hər hansı sənədi imza etmək hüququ yoxdur. Biz Ermənistanın hökumətindən tələb edirik ki,beynəlxalq platformalarda iki erməni respublikalarrının birləşmiş mənafelərini qorumaq mövqedən çıxış etsin”, - deyə bəyanatda vurğulanır.
Bəyanatın sonunda Rusiya Federasiyasına Qarabağ ermənilərinin sabit təhlükəsizliyini təmin etmək üçün müraciət etməyin lazım olduğu qeyd olunur.