Dek 19, 2022 14:20 Asia/Baku
  • Azərbaycana qarşı sanksiyalar tətbiq edilsin!

ABŞ konqresmenləri Bayden administrasiyasını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Konqresmen Adam Şiffin rəhbərlik etdiyi konqresmenlər qrupu prezident Co Baydenə yazdığı məktubda Azərbaycanın Qarabağ ermənilərini blokadaya salmasına cavab olaraq ABŞ hökuməti qətiyyətli addım atmağa çağırılıb. ABŞ-ın Azərbaycana hərbi yardımını dayandırması və Qarabağ ermənilərinə yardım digər tələblər sırasındadır.

Azərbaycan dekabrın 12-dən Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizini blokadaya alıb. İddia olunur ki, 120.000 nəfəri əhali ərzaq, tibbi ləvazimat və nəqliyyat və digər zəruri malların böyük bir hissəsini təmin edən marşruta çıxışını itirib.  Əlavə məlumatlarda iddia olunur ki, Azərbaycan ərazidəki mülki əhali üçün təbii qazın əsas mənbələrindən birini bağlayıb və temperaturun aşağı düşməsi ilə on minlərlə insanı çətin vəziyyətdə qoyub.

ABŞ konqresmenlərinin məktubunda deyilir: “Vəziyyət belə davam edərsə, potensial faciəvi nəticələri olan humanitar böhran qaçılmazdır. Bundan başqa, Azərbaycanın hərəkətləri 10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatının birbaşa pozulmasıdır. Bu bəyanatda vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə təhlükəsiz hərəkətini təmin etmək öhdəliyi öz əksini tapıb”.

Konqresmenlər ABŞ Administrasiyasnı Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək üçün əlində olan bütün vasitələrdən istifadə etməyə çağırırıblar. “Biz Azərbaycanın işğalçılıq və hədə-qorxu siyasətinin davam etməsinə imkan verə bilmərik”, - deyə konqresmenlər bildiriblər.

 

Teqlər