ABŞ dövlət katibi ailə rejiminin başçısına zəng edib
Blinken Əliyevdən Laçın dəhlizinin blokunu dərhal açmağa çağırdı
ABŞ dövlət katibi Azərbaycandakı hakim rejimin başçısı ilə telefon danışığında onu kommersiya nəqliyyatı üçün Laçın dəhlizinin blokunu dərhal açmağa çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Entoni Blinken deyib ki, Laçın dəhlizində humanitar böhran təhlükəsi Ermənistan və Azərbaycan arasında sülh perspektivlərinə zərbə vurur. Dövlət katibi Əliyevi Ermənistanla ikitərəfli sülh danışıqlarında səylərini artırmağa çağırıb. O, Azərbaycanda insan haqları ilə bağlı narahatlıqları da dilə gətirib.
Öz növbəsində Azərbaycan tərəfinin məlumatında bildirilir ki, İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayıb.