Azərbaycan bankları Türkiyədəki zəlzələdən pul qazanırlar
https://azeri.sahartv.ir/news/azərbaycan-i397246-azərbaycan_bankları_türkiyədəki_zəlzələdən_pul_qazanırlar
Azərbaycan Respublikasında hakimiyyətin nəzarətində olan banklar Türkiyədəki zəlzələdən pul qazandıqları bildirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 09, 2023 16:10 Asia/Baku
  • Azərbaycan bankları Türkiyədəki zəlzələdən pul qazanırlar

Azərbaycan Respublikasında hakimiyyətin nəzarətində olan banklar Türkiyədəki zəlzələdən pul qazandıqları bildirilir.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyədə baş vermiş güclü zəlzəyə görə dövlət qurumu olan AFAD bank hesabı açıb. Müxtəlif ölkələrdə yaşayan insanlar rəsmi bank hesablarına pul köçürüb, zərər çəkənlərə yardım edirlər.

Azərbaycanda isə insanlar şikayətlənir ki, zəlzələdən ziyan görənlərə yardım üçün Türkiyəyə pul köçürmək istəyirlər, ancaq yerli banklar və Dövlət Vergi Xidməti pul köçürmələrindən Əlavə Dəyər Vergisi tutur.

Vətəndaşlar deyir ki, fövqəladə hallara görə ƏDV ləğv edilsə, yardım kampaniyasına daha çox insan qoşulacaq.

Bu arada müxalifət nümayəndələri Əliyev hökumətini qardaş adlandırdığı ölkəyə lazımi qədər yardım göstərməməkdə ittiham edirlər.