Fev 18, 2023 21:32 Asia/Baku
  • Azərbaycanlı mühacirlər Münhendə İlham Əliyevə etiraz etdilər

Fevralın 17-də Almaniyada yaşayan azərbaycanlı mühacirlər Münhen Təhlükəsizlik Konfransının keçirildiyi “Hotel Bayerischher Hof” hotelinin qarşısında aksiya keçiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə aksiyanın təşkilatçılarından biri, jurnalist Əfqan Muxtarlı Meydan TV-yə məlumat verib.

Əfqan Muxtarlının sözlərinə görə, Münhen şəhərinin yerli polisi onlara aksiya keçirmək üçün icazə verib:

"Yalnız bir şərtlə icazə verdilər ki, davamlı şüarlar səsləndirməyəcəyik".

Ancaq Əfqan Muxtarlı əlavə edib ki, Azərbaycan dövlət başçısı İlham Əliyev və köməkçisi Hikmət Hacıyev binaya gələndə onlar "siyası məhbuslara azadlıq!", "Əliyev diktator!" şüarlarını səsləndiriblər:

"Ərazidə olan insanlara siyasi məhbuslara və konfrans iştirakçılarına Azərbaycandakı siyasi məhbuslarla bağlı bukletlər paylamışıq".

Əfqan Muxtarlı aksiyanın Avropa vaxtı ilə saat 16:30-da davam edəcəyini söyləyib.

Teqlər