Bakı-İrəvan əlaqələrinin adiləşdirilməsi üzrə səylərin genişləndirilməsinə təkid
Azərbaycan Respublikasının prezidenti və Rusiyanın xarici işlər naziri Bakıda cari milad ilində Bakı ilə İrəvan arasındakı əlaqələrin adiləşdirilməsi üzrə səylərin genişləndirilməsinə təkid ediblər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Bakıya səfər edib. Səfərdə məqsəd, Moskva-Bakı-İrəvan üçtərəfli razılaşmalarının icrası haqda məşvərət xüsusiyyət təşkil etməklə, beynəlxalq, regional və ikitərəfli məsələlər barədə Azərbaycan Respublikası rəsmilərilə danışıqlar aparmaqdır.
İlham Əliyev Sergey Lavrovla görüşdə Bakı ilə İrəvan arasında mövcud olan ixtilafların həllinə yardım istiqamətində Moskvanın göstərdiyi səyləri yüksək qiymətləndirib.
Rusiya dost və müttəfiq ölkə kimi Azərbaycan Respublikası ilə Ermənistan arasındakı əlaqələrin adiləşdirilməsinin həyata keçirilməsində xüsusi rol oynayır- deyə, Əliyev bildirib.