Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşdü
İran xarici işlər nazirinin müavini Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı təhqiqat barədə bu ölkənin xarici siyasət aparatının rəhbərini məlumatlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə Bakıda səfərdə olan İran xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini Mehdi Səfəri ilə görüşüb.
Fevralın 7-də Azərbaycanın Tehrandakı səfirliyində baş vermiş xoşagəlməz hadisədən sonra İran İslam Respublikası rəsmisinin Bakıya ilk səfəri olan bu görüşlərdə doktor Mehdi Səfəri qonşu ölkənin hökuməti və xalqına dərin hüznlə başsağlığı verib, səfirlikdə baş vermiş hadisədə yaralanmış diplomatlara şəfa diləyib.
Səfəri sonra Azərbaycan səfirliyinə hücumla barədə son vəziyyətlə bağlı məlumat verib və Azərbaycan hakimiyyətindən təhqiqat üçün Tehrana qruplar göndərilməsini xahiş edib və deyib ki, işin başa çatdırılmasını sürətləndirmək üçün iki ölkənin müvafiq ekspertlərinin əməkdaşlığı lazımdır.
Xarici işlər nazirinin müavini həmçinin İran İslam Respublikası prezidentinin tapşırığına əsasən, ölkənin müxtəlif siyasi, məhkəmə və hüquq-mühafizə idarələrinin hadisənin bütün aspektlərini ədalətli şəkildə aydınlaşdırmağa hazır olduqlarını elan edib və bu sahədə Azərbaycan Respublikasının müvafiq orqanlarının əməkdaşlıq etməsini tələb edib.