Qriqoryandan açıqlama: Ermənistan Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasını müzakirə etməyib
https://azeri.sahartv.ir/news/azərbaycan-i398110-qriqoryandan_açıqlama_ermənistan_qarabağın_azərbaycanın_tərkibinə_qaytarılmasını_müzakirə_etməyib
Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, onun ölkəsi Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasını müzakirə etməyib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Mart 11, 2023 12:16 Asia/Baku
  • Qriqoryandan açıqlama: Ermənistan Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasını müzakirə etməyib

Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, onun ölkəsi Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasını müzakirə etməyib.

SəhərAzəri-nin məlumatına əsasən, Armen Qriqoryan “Azatutyun” radiosuna müsahibəsində Bakının Qarabağ ermənilərinin inteqrasiyası məsələsinin gündəmdə olmasında israrlı olması ilə bağlı suala toxunaraq deyib ki, separatçıların özləri bundan imtina edirlər.

"Biz də belə bir məsələni müzakirə etməmişik və mövcud müzakirələr Qarabağ ermənilərinin hüquq və təhlükəsizlikləri ilə bağlıdır”, - deyə Ermənistan rəsmisi vurğulayıb.  

Onun sözlərinə görə, danışıqların baş tutması üçün imkan yaratmaq lazımdır və Ermənistan yalnız təhlükəsizlik və hüquqları müzakirə etməyə razılıq verib.