Azərbaycanda ərazilərin minalardan təmizlənməsi işi davam etdirilir
78 minə yaxın hektar ərazi minalardan təmizlənib
Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilat nümayəndələri üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən brifinq təşkil edilib.
SəhərAzəri-nin məlumatına görə, Brifinqdə çıxış edən agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib ki, Azərbaycan ərazisi dünyada ən çox mina və partlamamış sursatlarla zəhərlənmiş ölkələr arasındadır.
Onun sözlərinə görə, indiyə qədər 77 890 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib.
Bu ərazilərdən 86 244 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.
Vüqar Süleymanov xarici diplomatların diqqətinə çatdırıb ki, minatəmizləmə prosesi intensiv şəkildə davam etsə də, hələ də azad olunmuş bu ərazilərdə azərbaycanlılar həlak olur.
Onun sözlərinə görə, ümumilikdə, 1991-ci ildən bəri 3 377 nəfər mina partlayıları nəticəsində həlak olub və ya yaralanıb ki, onlardan 358 nəfəri uşaqlar, 38 nəfəri qadınlar olub.