May 13, 2023 13:49 Asia/Baku
  • Azərbaycan və Ermənistanın XİN başçıları yenidən görüşür

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşü mayın 19-na planlaşdırılıb.

Bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan brifinqdə deyib.

Onun dediyinə görə, Moskva görüşündən əvvəl mayın 14-də Brüsseldə dövlət başçılarının görüşünün keçirilməsi planlaşdırılır.

Moskvadakı görüşün Brüsseldəki görüşün məntiqi davamı olub-olmayacağı sualını cavablandıran nazir müavini bildirib ki, bu, müəyyən mənada məntiqi davamı olacaq, lakin hər formatın özünəməxsus xüsusiyyətləri var.

Azərbaycan Xarici İşlər Nazirliyi Moskva görüşü barədə məlumat yaymayıb.

Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri mayın əvvəlində Vaşinqtonda görüşüblər.

 

 

Teqlər