İsrailin keçmiş xarici işlər naziri Əliyevə məktub göndərdi;
Sionist siyasətçi ailə rejiminin başçısını tərifləyib
Sionist rejimin keçmiş xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Tzipi Livni Azərbaycandakı ailə rejiminin başçısına məktub ünvanlayıb, onu əməlli-başlı tərifləyib.
Məktubda qeyd olunur: “Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi bu günlər onun irsini və Azərbaycandakı yəhudi icmasına töhfəsini, həmçinin Azərbaycan və İsrail arasında münasibətlərin əsasını qoyan ilk addımlarını xatırlamaq üçün gözəl fürsətdir. Siz bu gün atanızın yolunu və siyasi kursunu layiqincə davam etdirirsiniz. Biz bu yubiley ilini rəmzi olaraq İsraildə Azərbaycan səfirliyinin açılması ili kimi qeyd edirik. Heydər Əliyevin xatirəsinə və zati-alinizin siyasətinə İsraildə böyük ehtiram bəslənilir”.
Qeyd edək ki, sionistlər müsəlman Azərbaycan Respublikasına xərçəngvari nüfuzlarını artırmaq üçün hər bir fürsətdən faydalanır, bu ölkəni öz poliqonlarına çevirməyə çalışırlar. Onlar bu istiqamətdə Azərbaycanda türkçülük ideyasının yayılmasını, mediaya İranofobiya mərəzini aşılamağı, təhsil sisteminə soxularaq Azərbaycan gənclərini manqurtlaşdırmağı, hərbi-təhlükəsizlik sahəsinə nəzarəti öz əllərinə keçirməyi və ən başlıcası Azərbaycanda şiəliyi məhv edib sonra ölkəni bütövlükdə İslam Dünyasından ayırmağı qarşıya məqsəd qoymuşlar.
İsrail rejimi bu çirkin oyunu özünü hakimiyyətə doğmalaşdırmaq, bəzən isə bir addım da irəli gedərək İlham Əliyevə yaltaqlanmaq yolu ilə həyata keçirməyə çalışsa da, mömin gənclərin müqaviməti ilə üzləşib. Və həmin gənlik sosial mediada terrorçu və aparteid rejiminin niyyətlərini ifşa edirlər. Bu səbəbdən son zamanlar dindar gənclərə qarşı amansız repressiyalarda irqçi rejimin imzasını görmək mümkündür.