Azərbaycanlı politoloq sionist İsraili tənqid atəşinə tutdu
Fuad Qəhrəmanlı: Bəşəriyyət bu insanlıq fəlakətinə laqeyd qalmamalıdır
Rəsmi Bakının Qəzzədə qaniçən İsrail rejiminin dinc əhaliyə divan tutmasını sükutla müşayiət etdiyi bir vaxtda, müstəqil bir politoloq terrorçu rejimin xəstəxananı vuraraq daha bir faciəyə imza atmasını qınayıb.
Fuad Qəhrəmanlı öz feysbuk paylaşımında yazır: “İsrail ordusunun Qəzzədəki xəstəxananı raketlə vurması nəticəsində 1000 nəfərdən artıq mülki şəxs ölüb. Bu müharibə cinayətidir”.
Politoloq qeyd edib ki, dinc insanların yaşadığı Qəzza şəhəri günlərdir ağır bombardmana məruz qalır və nəticədə suyun, elektrikin kəsildiyi, ərzaq buraxılmayan bu şəhərdə 10 mindən artıq dinc insan yaralanıb, 5 minə nəfər isə ölüb. Ölənlərin 900-ə qədəri uşaqdır. Bu say hər gün daha da artır.
Fuad Qəhrəmanlı xəbərdarlıq edib ki, HƏMAS-ın hücumuna görə heç bir günahı olmayan insanları kütləvi şəkildə qətl etmək olmaz. Bəşəriyyət bu insanlıq fəlakətinə laqeyd qalmamalıdır.