Yan 18, 2024 16:30 Asia/Baku
  • Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı

“Bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın!”

Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib.

Bəyanatda detyilir ki, Fransada fəaliyyət göstərən erməni lobbisi rəhbərlərinin və onların təsiri altında olan Fransa rəsmilərinin və siyasətçilərinin təhriki ilə Fransa Senatının qəbul etdiyi qərəzli, birtərəfli və əsassız qətnamə qəbul etmişdir.

Milli Məclisin komitəsi öz bəyanatında Fransa Senatının qətnaməsi ilə əlaqədar Azərbaycan hökumətinə çağırış edərək, bu ölkə ilə iqtisadi əlaqələrin dayandırlmasını təklif edib və Fransaya qarşı sanksiyaların tətbiq edilməsini vacib sayıb.

Bundan başqa, deputatlar Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulmasını istəyiblər.

Təkliflər sırasında “Total” şirkəti də daxil olmaqla bütün fransız kompaniyaların Azərbaycandan çıxarılması, Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi tələbləri var.

 

Teqlər