Fev 09, 2024 12:29 Asia/Baku
  • ABŞ-da Avropaya qoşuldu

Fevralin 7-də keçirilən prezident seçkiləri ilə bağli ABŞ səfirliyi bəyanat verərək, təmsil etdiyi hökumətin bu seçkilər barədə ATƏT-in DTİHB monitorinq missiyasının müşahidəçilərinin mövqeyinə qatıldığını deyib.

“Birləşmiş Ştatlar fevralın 7-də keçirilmiş prezident seçkilərinin həqiqi rəqabətin olmadığı məhdud mühitdə baş verməsi ilə bağlı ATƏT-in DTİHB monitorinq missiyasının müşahidələrini və narahatlıqlarını bölüşür,- ABŞ səfirliyinin bəyanatında deyilir.

Bəyanatda Azərbaycan Avropa qurumlarının tövsiyələrini yerinə yetirməyə çağırılır:

“Azərbaycan öz konstitusiyasında və beynəlxalq öhdəliklərində fundamental azadlıqların və demokratik proseslərin dəstəklənməsinə sadiqliyini ifadə edib. Biz Azərbaycanı bu öhdəlikləri və ATƏT-in DTİHB-nin əvvəlki və gələcək tövsiyələrini yerinə yetirməyə çağırırıq”, - ABŞ səfirliyi bildirib.

Cümə axşamı ABŞ Dövlət Departamenti də Azərbaycanda keçirilmiş prezident seçkilərinə eyni reaksiyanı verib.

ATƏT öz rəyində belə qənaətə gəlib ki, seçkilər rəqabətsiz olub və məhdud mühitdə keçirilib. Bülletenlərin atılması, dəfələrlə səsvermə, tənqidçi jurnalistlərin həbsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin olmaması ATƏT və ATƏT-in DTİHB monitorinq missiyasının müşahidələrinin qaldırdıqları nöqsanlardan ibarətdir.

Doğrudur 7 fevral növbədənkənar prezident seçkiləri rəqibsiz keçirildi ancaq ABŞ-ı və Avropanı narahat edən heç də bu mövzu deyil çünki onlar qərbyönümlü müxalifəti seçkilərə cəlb edə bilərdi. Cəlb etməmələrinin səbəbi həmin qüvvələrin Azərbaycanda öz imicləri və xalq bazalarını tam itirmələri ilə bağlıdır. Ümumiyyətlə ölkədə iqtidardan kənar əsas siyasi qüvvənin qərbyönümlü partiyalar olması düşüncəsini sırımaq ABŞ və Avropanın Azərbaycandakı 30 illik nüfuz cəhdlərinin əsasını təşkil etmişdir.

 Artıq Azərbaycan Xalqı öz torpaqlarının işğalına son qoyduqdan sonra ABŞ və Avropanın həqiqi üzünü gördü, demokratiya, insan hüquqları və ədalətin onlar üçün heç bir əhəmiyyət kəsb etmədiyini başa düşdü. Başqa sözlə Azərbaycanda qərbin saqqızı çürüdü.

Bu gün Azərbaycan xalqı hakimiyyətdən artıq qərbə bac verməməsini, qərbin tamahkar və qeyri-qanuni istəklərinə boyun əyməməsini gözləyir. Regionda sülh və sabitliyin həqiqi mənada bərqərar olunması və region xalqlarının düşmənlərinin qərəzli niyyətlərinə imkan verilməməsinin yeganə yolu Regional ittifaqın qurulması, qonşularla hərtərəfli əməkdaşlıqların genişləndirilməsindən ibarətdir.

 

 

Teqlər