Fev 17, 2024 16:15 Asia/Baku
  • Əliyev sionist rejimin prezidenti ilə görüşüb - AKTUAL

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cümə günü Münhendə sionist rejimin prezidenti İshaq Hersoq ilə görüşüb.

İRNA-nın verdiyi məlumata görə, tərəflər Azərbaycan Respublikası ilə İsrail arasında iqtisadi, ticarət və mədəni sahələrdə əməkdaşlığı müzakirə ediblər.

Bu məlumata əsasən, görüşdə Azərbaycan Respublikasının İsraildə səfirliyinin açılmasının ikitərəfli münasibətlərin inkişafı üçün stimul yaratdığı qeyd edilib.

Xatırladaq ki, müsəlman əhalisinin etirazına baxmayaraq, Azərbaycan Respublikası hökuməti ötən il Təl-Əvivdə öz səfirliyini açıb və sionist rejimlə əlaqələrini inkişaf etdirməyə davam edib.

Tərəflər arasında son illərdə sıx hərbi, siyasi və iqtisadi əməkdaşlıq qurulub. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2016-2020-ci illər arasında sionist rejimin hərbi ixracatının 17%-dən çoxu Azərbaycan Respublikasına edilib. Azərbaycan isə İsrail rejiminin idxal etdiyi neftin təxminən 40%-ini tədarük edib.

Qəzzə müharibəsinin başlanması ilə rəsmi Bakı Türkiyənin dövlət səviyyəsində sərgilədiyi mövqeyini nəzərə alaraq bir müddət siyasi arenada təcavüzkar rejimdən məsafə saxladı, lakin indi görünür İlham Əliyev 7 fevral seçkisindən sonra əvvəlki kursuna qayıdır və İsrail məsələsində Türkiyə ilə hansısa koordinasiyaya lüzum görmür. Lakin seçkidən dərhal sonra Əliyevin ilk xarici təmasını işğalçı rejim başçısı ilə qurması şübhəsiz ki, yalnız Türkiyə deyil, ümumiyyətlə İslam Dünyası tərəfindən narazılıqla qarşılanacaq və bu hərəkətin hətta Azərbaycanın nüfuzuna ciddi zərbə vuracağı ehtimal edilir.

Maraqlıdır ki, sionistlər adətən Azərbayvcan hakimiyyətini tərifləməklə onu İslam ölkələrindən ayırmağa cəhd etmişlər. Həmin təriflərdən biri bu günlər İsrail prezidenti İshaq Hersoqun İlham Əliyevə ünvanladığı təbrik məktubunda da müşahidə olundu.

Təbrikdə deyilir: “Zati-aliləri. Sizin liderliyinizlə Azərbaycan 20 il ərzində sabitliyi, iqtisadi inkişafı və dini azadlığı təmin etməyə və qorumağa nail olub. Keçən il Sizin gözəl ölkənizə səfərimiz zamanı Mixala və mənə göstərdiyiniz səmimi qonaqpərvərliyi yüksək qiymətləndirirəm”, - deyə sionist president yazır.

 

Teqlər