Azərbaycanda dindar kəsimə qarşı reperessiya dalğası davam edir
Son üç gündə onlarla inanclı saxlanılıb
Fev 22, 2024 10:26 Asia/Baku
Qeyri dəqiq məlumata görə Azərbaycan Respublikasında son üç gündə saxlanılan inanclıların sayı 40-ı keçib.
Daxil olan məlumatda bildirilir ki, Azərbaycanın müxtəlif bölgələrini əhatə edən həbslər narkotik ittihamı ilə həyata keçirilir.
Qeyd olunur ki, heç bir səbəb və əsas göstərilmədən inanclılar saxlanılır və onlar narkotiklərlə bağlı ittihama məruz qoyulur.