Lənkəranda Ana Dili Gününün keçirilməsinə maneə törədilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i408692-lənkəranda_ana_dili_gününün_keçirilməsinə_maneə_törədilib
Lənkəranda Ana Dili Gününə həsr edilmiş tədbiri keçirmək istəyən qadınlar polis qadağası ilə üzləşib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 22, 2024 10:31 Asia/Baku
  • Lənkəranda Ana Dili Gününün keçirilməsinə maneə törədilib

Lənkəranda Ana Dili Gününə həsr edilmiş tədbiri keçirmək istəyən qadınlar polis qadağası ilə üzləşib.

Meydan TV-ə danışan Lənkəran şəhər sakini Könül Rəsul deyib ki, onlar kafedə toplaşıb kiçik tədbir keçirmək istəyiblər, lakin polis bunun qarşısını alıb.

O qeyd edib: “Belə qərara gəlmişdik ki sosial şəbəkələrdə talış dilində şeir deyən balaca uşaqları tapaq və onlara hədiyyələr verək. Bundan xəbərdar olan kimi Lənkəran Rayon Polis şöbəsinin rəhbərliyi tədbirin təşkilinə müdaxilə etdi, kafe sahiblərini polisə aparıb qorxudublar. Belə çıxır ki, öz ölkəsində yaşayan millətə ana dilində tədbir keçirməyə icazə verilmir. Məgər mənim belə bir haqqım yoxdur?”.