“Fransa bölgədə yeni gərginlik yaratmaq niyyətindədir”
https://azeri.sahartv.ir/news/azərbaycan-i408696-fransa_bölgədə_yeni_gərginlik_yaratmaq_niyyətindədir
Azərbaycan Xarici İşlər Nazirliyi Fransa prezidentinin bu ölkəyə qarşı səsləndirdiyi iddiaları pisləyib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Fev 22, 2024 10:43 Asia/Baku
  • “Fransa bölgədə yeni gərginlik yaratmaq niyyətindədir”

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa prezidentinin bu ölkəyə qarşı səsləndirdiyi iddiaları pisləyib.

Nazirliyinin bəyanatında deyilir: “30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın öz istəkləri və heç bir zorakılıq tətbiq olunmadan Azərbaycan ərazilərini tərk etmiş ermənilərin hüquq və təhlükəsizliyindən danışması tamamilə yersizdir. Bununla yanaşı, Alma-Ata bəyannaməsi və müəyyən xəritələr çərçivəsində ərazi bütövlüyünün vacibliyinə toxunan Fransa tərəfinin, nəyə görə məhz bu kimi razılaşmalara zidd olaraq 30 ilə yaxın müddətdə davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hal-hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmaması sualına aydınlıq gətirməsi daha faydalı olardı”.

Bəyanatda qeyd olunub ki, Fransanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətinin heç bir nəticəsi olmayacaq.