İnanclılara qarşı repressiya davam edir
Daha bir MBH üzvü polis tərəfindən saxlanılıb
Müsəlman Birliyi Hərəkatının üzvü Mirzəyev Nurlan polis tərəfindən saxlanılıb.
"AzadBaki" informasiya agentliyi xəbər verir ki, artıq inanclılara qarşı həbslərin bəlli bir ssenari, ölkədə müəyyən göstəriş əsasında həyata keçirildiyi bəllidir və həbslər təkcə daxili deyil, xarici amillər, ölkədən kənar qüvvələrin Azərbaycanda şiə əqidəsinin mövcudluğuna qarşı geniş narahatlığı fonunda baş verir.
Bu prosesin davamı olaraq fevralın 25 də məhkəmə önünə çıxarılan Nurlan Mirzəyevə 234.1-1-ci maddə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ilə ittiham aktı oxunub və 4 ay müddətində istintaqa cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.