Mart 07, 2024 16:45 Asia/Baku
  • Bakıda söz azadlığı vulkanı yenidən püskürdü

Azərbaycan respublikasının təhlükəsizlik xidməti müstəqil media olaraq fəaliyyət edən "Toplum" TV-nin Bakıdakı ofisinə hücum çəkərək axtarış aparmış və ofisin fəaliyyətini dayandırmışlar.

Məlumata görə, əməliyyata cəlb edilmiş polislər adı çəkilən ofisin bir neçə əməkdaşını həbs etmiş və onların telefon və digər əşyalarını müsadirə etmişlər."Toplum" TV-nin əməkdaşları ölkədə baş alan özbaşınalığı kəskin tənqid edərək, Bakının Şimali Koreyaya çevrildiyini və ölkədən heç bir söz azadlığı olmadığını vurğulamışlar.Bundan əlavə III Respublika Platformasına qarşı da dünən həyata keçirilən total repressiya Azərbaycanda söz və mətbuat azadlığına, o cümlədən siyasi azadlıqlarımıza qarşı növbəti hücum, növbəti sui-qəsd cəhddidir. Qeyd edək ki, sözügedən media qurumları Əliyev hakimiyyətinin fəaliyyətini adi sivil qaydada tənqid etməyə çalışır və ölkədə neft gəlirlərinin ədalətli bölüşdürülməməsi kimi məsələləri gündəmə gətirirdi.

Teqlər