Mübariz qadın Seyyidə Şəhla geniş etirazlardan sonra azad edildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i410275-mübariz_qadın_seyyidə_Şəhla_geniş_etirazlardan_sonra_azad_edildi
Mübariz qadın Seyyidə Şəhla geniş etirazlardan sonra Əliyev məmurlarının məhbəsindən azad edilib və evinə qayıdıb. Ona kəsilmiş qırx milyonluq cərimə möminlər tərəfindən ödənilib.
(last modified 2024-04-12T07:25:41+00:00 )
Apr 12, 2024 11:25 Asia/Baku
  • Mübariz qadın Seyyidə Şəhla geniş etirazlardan sonra azad edildi

Mübariz qadın Seyyidə Şəhla geniş etirazlardan sonra Əliyev məmurlarının məhbəsindən azad edilib və evinə qayıdıb. Ona kəsilmiş qırx milyonluq cərimə möminlər tərəfindən ödənilib.

Seyyidə Şəhla Bakı rejiminin xəfiyyə idarəsində işgəncələrə məruz qalsa da, bir mesajda yüksək və düşmənsındıran bir əhval-ruhiyyə ilə deyib: Əliyev rejimi məmurlarının özümə və İslam müqəddəslərinə qarşı bağırtıları, təhqirləri və işgəncələri altında Allah-Taalanın gözəlliyi və zəfəri, düşmənlərin isə zilləti və xar olmalarından başqa bir şey görmədim və qondarma İsrail rejiminin bayrağını yandırmaqdan əsla peşman deyiləm.

Qüds günündə həbs olunmuş üç qadından hələ xanım Xoşqədəm Quliyeva Azərbaycan Respublikası polisinin həbsi altındadır.

Hal-hazırda Azərbaycan Respublikası şiələrindən beş yüz nəfər saxta ittihamlarla bu ölkə hökumətinin məhbəslərində saxlanılır.