İyun 24, 2024 20:38 Asia/Baku
  • Separatçılar barədə istintaq başa çatıb

Azərbaycan Respublikası baş prokuroru bildirib ki, vaxtı ilə Qarabağda yaradılmış separatçı rejimin rəhbərləri barədə cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

Baş prokuror Kamran Əliyev bildirib ki, artıq 15 nəfərlə bağlı istintaq hərəkətləri başa çatıb:

"Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanış olma mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək".

Qeyd edək ki, cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Ötən il Azərbaycan Respublikası bir əməliyyat nəticəsində Qarabağa olan öz suverinliyini bərpa etdi. keçirilən əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri" Ruben Vardanyanı da həbs etdi.

Hazırda DTX-nin İstintaq təcridxanasında saxlanılan separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.

 

 

Teqlər