Avq 13, 2024 18:32 Asia/Baku
  • Əli Kərimli ona qarşı şikayəti absurd adlandırıb

Avqustun 13-də Bakının Nəsimi Rayon Məhkəməsində Aydın Əliyevin Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə hazırlıq iclası başlayıb. Hazırlıq iclasına Babək Pənahov sədrliyik edir.

Məhkəmə Əli Kərimlinin Azərbaycan Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsilə məsuliyyətə cəlb olunmasını tələb edir.

Məhkəmə iclasından sonra Kərimli jurnalistlərə bildirib ki, şikayət "prosessual qaydalara uyğun tərtib olunmadığı" üçün dinləmələr avqustun 19-na təxirə salınıb. O, şikayəti tutarsız və absurd adlandırıb.

İddiaçı onun şikayətindən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayının qərarlarının məhkəmə tərəfindən ləğv edilməsilə bağlı Kərimlinin şərhini "böhtan" adlandırıb.

Əli Kərimli qeyd edib ki, hazırkı proses "Azərbaycanın məhkəmə sistemi üçün sınaq" olacaq. Məhkəmə şikayəti təmin edərsə, bu rejimin özü üçün rüsvayçılıq olacaq, çünki “ hakimiyyət ilə əməkdaşlıq”  şərəf və ləyaqətə təhqir kimi tanınacaq, Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri qeyd edib.