Toğrul Nuriyev: QMİ və Dini Komitədən niyə səs çıxmır?
https://azeri.sahartv.ir/news/azərbaycan-i413668-toğrul_nuriyev_qmİ_və_dini_komitədən_niyə_səs_çıxmır
Azərbaycanlı ilahiyyatçı Quranı yandıran ləyaqətsiz şəxsə cəza tələb edib.
(last modified 2024-08-15T05:57:13+00:00 )
Avq 15, 2024 09:55 Asia/Baku
  • Toğrul Nuriyev: QMİ və Dini Komitədən niyə səs çıxmır?

Azərbaycanlı ilahiyyatçı Quranı yandıran ləyaqətsiz şəxsə cəza tələb edib.

Toğrul Nuriyev sosial media üzərindən verdiyi açıqlamada bildirib ki, ləyaqətsiz şəxs Azərbaycanda Qurani-Kərimi yandıraraq Azərbaycan xalqını, ümumiyyətlə bütün dünyada yaşayan saysız-hesabsız müsəlmanları təhqir edib. Ölkə başçısının andiçmə mərasimində əl basıb and içdiyi müqəddəs Qurani-Kərim təhqir edilib. Halbuki QMİ, Dini Qurumlar başda olmaqla heç kimsədən lazımı həddə səs çıxmır.

İlahiyyatçı qeyd edib ki, dövlətin bu vaxta qədər heç bir reaksiya verməməsi isə insanda təbii olaraq sual yaradır. Niyə görə dövlətin hansısa siyasəti tənqid edildiyi üçün kütləvi həbslər baş verdiyi halda bu hadisəyə səssizcə tamaşa edilir?