Azərbaycan zəvvarlarının da qatıldığı Ərbəin yürüşü dünyanın diqqət mərkəzində
Bu yürüş İslam dünyasının qüdrət nümayişidir - TƏHLİL
Son günlər Hüseyn Ərbəini yürüşündə müxtəlif ölkələrdən milyonlarla insan iştirak edir və artıq hər kəs bunun İslam dünyasında qüdrət nümayişi olduğunu etiraf edir.
Ərbəin yürüşünün bir çox mühüm siyasi imkanları var. Son illərdə Ərbəin yürüşü dünyada hamının diqqətini çəkən unikal bir hadisəyə çevrildi. Bu cəmiyyətin ən mühüm unikal imkanlarından biri siyasi cəhətindən istifadə etməkdir.
Ərbəin yürüşünün siyasi imkanlarından biri şübhəsiz ki, İran və İraq xalqları arasındakı tarixi əlaqələri təmsil etməkdir. İran-İraq münasibətləri tarixi dövrlərdə çoxlu eniş-yoxuşlar yaşasa da, iki xalq arasında mədəni və sivilizasiya kökləri uzun bir tarixə malikdir.
Ərbəin yürüşünün başqa bir siyasi qabiliyyəti də Müqavimət cəbhəsinin regional nizamın idarə edilməsində nüfuzunu nümayiş etdirməkdir. Mədəni cazibə əsasında formalaşan və şiə inanclarına söykənən Ərbəin yürüşü İslam dünyasında və beynəlxalq sistemdə şiə diskursunu yaşadan güc komponentlərindən birinə çevrilib.
Digər tərəfdən sələfi-təkfirçi qrupların təhdidlərinə baxmayaraq, iyirmi milyondan çox insanın hər il ənənəvi yürüşə qatılması bu qruplaşmaları dəstəkləyən və güc balansını dəyişmək üçün alətlərindən istifadə etməyə çalışan dövlətlər üçün konkret siyasi və strateji mesajlar ehtiva edir.
Ərbəin yürüşünün başqa bir siyasi qabiliyyəti İslamofobiya və İranofobiya ilə mübarizə aparmaqdır.
Ərbəin yürüşü həmçinin, istər şiə, istərsə də sünni olmasından asılı olmayaraq, İslam mədəniyyətindən qaynaqlanan gözəl və insani bir simvoldur. Bu yürüş radikal sələfi islamının qarşısında dinc İslamı göstərir və əsl İslamın əlamət və simvollarından biridir.
Sonda qeyd etmək lazımdır ki, özündə xeyirxahlıq, sülh, əmin-amanlıq və mərhəmət mesajından başqa heç nəyi ehtiva etməyən bu dinc hərəkat, Qərb dövlətlərinin İslam və şiəliyi gözdən salma planlarını alt-üst edir.